R.Braun: “İndi bizim üçün hər bir saat vacibdir”

Mercedes GP komandasının bazasında qızğın iş gedir. Londondan saatyarımlıq uzaqlıqda yerləşən Brəklidə komandanın 450 əməkdaşı bir həftədən sonra testlərə yollanan […]

Mercedes GP komandasının bazasında qızğın iş gedir. Londondan saatyarımlıq uzaqlıqda yerləşən Brəklidə komandanın 450 əməkdaşı bir həftədən sonra testlərə yollanan maşını hazırlayır.

Hər gün aerodinamik boruda iki yüz element yoxlanılır, bir çox detallar stenddə sınaq olunur, amma belə bir gərgin qrafikdə mətbuat üçün də vaxt tapılıb – Almaniyanın Bild jurnalistləri Ross Braunun ofisinə baş çəkiblər…

Ross Braun: “Maşının debütü ərəfəsində son iki həftə həmişə ən gərgin vaxtdır. Ona görə də xahiş edirəm, böyük şəkillər dərc etməyin, əgər bizim rəqiblərimiz nəsə əldə etsələr, fəlakət olacaq – bir çox elementlərimizi nüsxələyə bilərlər. Bəlkə də qəribə səslənəcək, amma indi hər bir saat çox vacibdir.”

Sabah komanda yeni maşını Ştutqartda nümayiş etdirəcək, amma faktiki olaraq jurnalistlər keçənilki maşını yeni rəng çalarında görəcəklər – bir çox detalları komanda yalnız son testlərə gətirəcək, ən vacib detallar isə Bəhreyn Qran Prisinin sərbəst yürüşlərində maşına quraşdırılacaq – mövsümün ilk yarışında. Çempionat başladıqdan sonra testlərə qoyulan qadağanı nəzərə almaqla Mercedes GP-nin texniki nailiyyətlərini nüsxələmək çətin olacaq.

Keçən il Ross Braunun komandası hamını aerodinamik effektliyi və ikiqat diffuzoru ilə təəccübləndirmişdi, bəs bu il komanda azarkeşləri və rəqiblərini nə ilə təəccübləndirəcək? Az qalıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*