21 Sentyabr 2019, Şənbə - 06:56

R.Barrikello: “Mən Formula1-də hələ 2-3 il də qalacam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:31 - 07 May, 2009

Formula1-in veteran sürücüsü Rubens barrikello hazırda çempionatda ikinci yerdə gedir və hesab edir ki, yarışlardan hələ bezməyib və istefaya hazırlaşmır. […]

Formula1-in veteran sürücüsü Rubens barrikello hazırda çempionatda ikinci yerdə gedir və hesab edir ki, yarışlardan hələ bezməyib və istefaya hazırlaşmır. Keçən Honda komandası zəif çıxış edərkən, hamı braziliyalı sürücünün karyerasının başa çatması barədə danışırdı, amma yapon konserninin çempionatdan gözlənilmədən getməsi Rubensin xeyrinə oldu…

Rubens Barrikello: “Mən Ross Brauna Honda-dan daha yaxınam. Ona görə də hazırkı şəraitdə mənim heç bir problemim yoxdur. Qışda komandanın dəvətini çox gözləməli oldum, amma məşqlərimi davam etdirirdim. Nəhayət həyat yoldaşıma deyəndə ki, mən müqavilə bağlamışam, o şoka düşmüşdü – yaxşı mənada. Hadisələrin belə dünüşünü o gözləmirdi.

Bu gün isə ümid etmək istəyirəm ki, rəqiblərimiz sona qədər ikili diffuzoru bizim əsas üstünlüyümüz hesab etsinlər. Onda onlar bütün isrlərimizi tapa bilməyəcəklər. BGP001 – sadəcə yarış maşınıdır, amma bu maşın üzərində yaxşı beyinlər işləyiblər.

Kim bilir, bəlkə mən Formula1-də daha 2-3 il də qaldım. Censon Battonla birlikdə biz son 3 ildə yaxşı çıxış etmişik, mən onu yaxşı öyrənmişəm və onun kimi sürətli ola bilərəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 231
Teqlər
Paylaş

logo