A.Stella: Mövsümün ikinci yarısı güclənəcəyik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, 2023-cü ilin ikinci yarısından güclənəcəklər.

F-1.az xatırladır ki, McLaren son mövsümdə Mühəndislər Kubokunda beşinci yeri tutub.

Andrea Stella: “Mövsümün əvvəli çətin olacaq, amma ikinci hissə üçün pozitiv düşünürəm. Əsas hədəfimiz sürətli maşın hazırlamaq və 1-1.5 saniyə sürətlənməkdir. Rəqiblərimiz də inkişaf edəcək və buna görə onlardan sürətli təkmilləşməliyik.

Əlbəttə realist olmalıyıq, çünki bəzi məhdudiyyətlər var, amma yaxşı heyətimiz də var. Bu da inkişafımıza kömək edəcək”.

,