R.Taffen: “Renault-nun mühərriklərinin gücü 50 at qüvvəsi artacaq”

Renault komandasının əməliyyat direktoru Remi Taffen bildirib ki, Renault komandası 2016-cı ildə irəliyə doğru addımlar atacaq...

F-1.az xatırladır ki, fransızlar 2015-ci ilin sonunda Lotus komandasını satın alaraq, Formula1-ə zavod komandası kimi qayıdıblar. Renault öz zavod komandasından başqa Red Bull komandasını da mühərriklərlə təmin edəcək.
Remi Taffen 2016-cı ildəki Renault mühərriklərindən danışıb: “Mətbuatda çıxan rəqəmlər haqda danışası olsaq, onu deyə bilərəm ki, mövsümə 50 at qüvvəsi artımı ilə başlayacağıq. Bu bir az və ya bir az çox da ola bilər.

Bizim inkişaf tempimiz çox yüksəkdir. Rəqiblərimiz bütün qış boyunca inkişaf etdi. Ona görə biz də nə isə etməliyik.

2015-ci ildə gözləmədiyimiz problemlərlə qarşılaşdıq, amma onları həll edə bildik. Bütün qışı onları yoxlayıb, dözümlü paket əldə edə bildik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*