R.Qrojan Monakoda yeni şassi ilə yarışır

Roman Qrojan son yarışlardakı problemləri geridə qoymaq üçün Monakoda yeni şassi ilə yarışır.

F-1.az xatırladır ki, Qrojan mövsümə yaxşı başlayaraq ilk iki yarışda 18 xal qazanmışdı. Amma fransalı sürücü Çin yarışından etibarən geriləməyə başlayıb.

Qrojanın şikayətlərindən sonra amerikalılar Dallara ilə birlikdə bolidin şassisini təhlil ediblər, amma heç bir problem tapılmayıb.

Haas komandası fransalı sürücünün problemlərini həll etmək üçün yeni bir şassi hazırlatdırıb və Barselonadakı mövsümiçi testlərdə sınaqdan keçirib.

Monakoda daha yaxşı nəticələr əldə etmək istəyən Qrojan yeni şassi ilə yarışacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*