R.Braun: “Əvvəlki loqotipdən heç nə anlamaq olmurdu”

Formula1-un idman direktoru Ross Braun bildirib ki, yeni loqotip köhnə loqotipə nisbətən yaddaqalandır.

F-1.az xatırladır ki, yeni loqotip təqdim edildikdən sonra Həmilton, Bottas və Fettel əvvəlki loqonun daha yaxşı olduğunu demişdilər.

Ross Braun: “Çox adam loqotip dəyişiminin vacib olduğunu soruşur. Məncə, çox vacibdir. Elektronik ortamda yeni loqotip daha əlverişlidir. Daha yaddaqalan olacaq. Eyni zamanda hamı bilməlidir ki, Formula1-də yeni bir dövr başlayıb. Liberty Media idmana çox yenilik gətirib və bunlardan biri də bu loqotip oldu. Loqotip uğurlu alınıb. Artıq minimalizm daha vacibdir və buna görə də əla iş görmüşük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*