25 Mart 2019, Bazar ertəsi - 00:02

R.Braun: “Dəyişikliklər lazım olacaq”

R.Braun: “Dəyişikliklər lazım olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:17 - 12 Mart, 2019

Formula1-in idman direktoru Ross Braun bildirib ki, yeni aerodinamik reqlamentlə irəliyə doğru böyük addım atıblar.

F-1.az xatırladır ki, bu il ön və arxa qanadlarda, sayd podlarda böyük dəyişikliklər edilib. Belə olan halda, bolidlərdən daha az çirkli hava çıxacaq və öndəki rəqibi izləmək və ötmək asan olacaq.

Ross Braun: “Əgər heç nə eləməsəydik, daha pis olardı. Avstraliya yarışından sonra izləmənin asanlaşması ilə bağlı əlimizdə çoxlu məlumat olacaq. Daha sonra isə 2020-ci il üçün kiçik, 2021-ci il üçün isə lazımi dəyişikliklər edə bilərik. Buna görə də ziyanı yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər
Paylaş

logo