24 Oktyabr 2019, Cümə axşamı - 03:15

P.Zauber: “Formula1 çox bahalaşıb”

P.Zauber: “Formula1 çox bahalaşıb”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:12 - 16 Dekabr, 2012

Peter Zauber hesab edir ki, müasir Formula1-in qarşısında duran ən əsas problem məsrəflərin azaldılmasının zəruriliyidir – Britaniyanın Autosport həftəliyi Firmula1-in […]

Peter Zauber hesab edir ki, müasir Formula1-in qarşısında duran ən əsas problem məsrəflərin azaldılmasının zəruriliyidir – Britaniyanın Autosport həftəliyi Firmula1-in ağsaqqalından müsahibə dərc edib…

Peter Zauber: “Düşünürəm ki, hazırda ən vacib problem Formula1-in kommersiya tərəfi ilə bağlıdır. Bu problem yalnız Sauber-ə aid deyil, bu problemlə bəzi böyük komandalar da üzləşiblər. Formula1 çox bahalaşıb və bu faktdır. Problem yavaş-yavaş həll olunur demək, deməli heç nə demək deyil. Vəziyyət çətindir, ümid edirəm ki, böyük komandalar başa düşəcəklər ki, hansısa ciddi qərarlar qəbul eləmək lazımdır.”

Sauber komandasının başçısı Monişa Kaltenborn hesab edir ki, problemin ən effktli həll üslubu büdcənin məhdudlaşdırılmasıdır…

Monişa Kaltenborn: “Biz büdcənin məhdudlaşdırılması təklifini dəstəkləyirik. Bu, ən düzgün yoldur və biz gec-tez bu qərarı qəbul etməli olacayıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 318
Teqlər , , ,
Paylaş

logo