P.Maldonado matəm içindədir

Dünən gecə Venesuelada ölkənin prezidenti Huqo Çavesin ölməsi elan olunub – Çaves uzun müddət Pastor Maldonadonun karyerasını dəstəkləyib və keçən […]

Dünən gecə Venesuelada ölkənin prezidenti Huqo Çavesin ölməsi elan olunub – Çaves uzun müddət Pastor Maldonadonun karyerasını dəstəkləyib və keçən il Barselonada qələbəsindən sonra şəxsən onu təbrik etmişdi.

Çavesin xəstəliyi zamanı Pastorun karyerasının gələcəyi barədə müxtəlif şayiələr gəzirdi. Qeyri-rəsmi məlumatlara görə, Maldonadonun Williams komandasında çıxışını maliyyələşdirən PDVSA neft şirkəti mövsümün sonuna qədər sürücünün çıxışı üçün lazım olan məbləği ödəyib, amma ölkənin yeni başçısının planları dəyişərsə, Pastorun ciddi çətinlikləri başlaya bilər.

Maldonado prezidentin ölüm xəbərini eşitdikdən sonra özünün Twitter bloqunda yazıb ki, “Vivat, Çaves! Mən bütün həmvətənlərimlə birlikdə dərin hüzün içindəyəm…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*