18 Sentyabr 2019, Çərşənbə - 05:11

Pirelli Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:12 - 19 Mart, 2019

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5  fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlər markalanacaqlar. Bəhreyndə isə sürücülərin ixtiyarında bərk üçlük – C1, C2 və C3 tərkibləri olacaq, amma keçən il Pirelli Saxir trasına daha yumşaq tərkibləri gətirmişdi (Medium, Soft və SuperSoft).

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, bərk tərkiblər dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında da dəyişir…

BƏHREYN QRAN PRİSİ ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər ,
Paylaş

logo