P.di Resta testlərdə də maşını yoxlayacaq

Pol di Resta ilə müqavilə bağlayarkən Force İndia komandasının nümayəndələri sürücünün mövsüm ərzində cümə sərbəst yürüşlərində trasa çıxmaq imkanından danışırdılar. […]

Pol di Resta ilə müqavilə bağlayarkən Force İndia komandasının nümayəndələri sürücünün mövsüm ərzində cümə sərbəst yürüşlərində trasa çıxmaq imkanından danışırdılar. Belə bir praktikaya titul uğrunda mübarizə aparmayan komandalar əl ata bilərlər, axı bunun üçün əsas sürücülərdən birinin işini qurban vermək lazım gələcək. Amma, deyəsən, Force İndia bu istiqamətdə növbəti addımı atmağa hazırdır – bu gün elan olunub ki, di Resta artıq Xeres testlərində sükan arxasına oturacaq.

Pol yeni maşını bu həftə deyil, gələn həftə yoxlayacaq. Qarşıdakı testlərin qrafiki artıq bəllidir – ilk iki günü sükan arxasında Vitantonio Liutsi keçirəcək, sonra onu Adrian Sutil əvəz edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*