P.de la Rosa Campos-a keçə bilər?

Dünən Madriddə təşkil olunmuş sponsor tədbirində dünya çempionu Lyuis Həmilton bildirib ki, əgər mövsümün sonunda komandanı təcrübəli test sürücü Pedro […]

Dünən Madriddə təşkil olunmuş sponsor tədbirində dünya çempionu Lyuis Həmilton bildirib ki, əgər mövsümün sonunda komandanı təcrübəli test sürücü Pedro de la Rosa tərk edərsə, o ispan sürücüdən ötrü çox darıxacaq…

Lyuis Həmilton: “O əla komanda yoldaşıdır və mən ona uğurlar arzulayıram. Əgər o McLaren-i tərk etmək qərarına gəlsə, mən donan ötrü darıxacam, çünki onunla işləmək mənə çox xoşdur. On çox şaddır, əməksevərdir, zəhmətkeşdir və həmişə çətin anda dəstək verməyə hazırdır. Mən çox istərdim ki, o komandada qalsın.”

Lyuisin bu sözləri ispan mətbuatında yayılmış şayiələri daha gücləndirib – yeni Campos komandası avqust ayında Valensiyada Avropa QRan Prisi günlərində heyətini açıqlayacaq. Komandanın başçısı Adrian Kampos əvvəllər də deyirdi ki, məhz ispan sürücülərin xidmətlərindən istifadə edəcək, mümkün namizədlərin siyahısına isə Pedro de la Rosa, Mark Jene, Xavyer Vilya və Roldan Rodriqes daxildirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*