P.Qasli: Ən pis halda Peres kimi sürərəm

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, ən pis halda Peres kimi nəticələr qazana bilər.

F-1.az xatırladır ki, Qasli 2019-cu ildə Red Bull-a transfer olunsa da, zəif performans göstərmiş və 12 yarışdan sonra yenidən AlphaTauri komandasına göndərilmişdi. Bundan sonra fransalı sürücü 1-i qələbə olmaqla 3 dəfə podiuma çıxıb.

Pyer Qasli: “Ən pis halda Peres qədər performans göstərərdim. Hərtərəfli sürücü olmaq üçün öz üzərimdə işləyirəm. Bu da nəticələrimdə özünü göstərir. Stabil olaraq Ferrari və McLaren-ə qarşı mübarizə aparıram.

Sıralanmada da, yarışda da yaxşı performans göstərirəm. İndiyə kimi heç bir sürücü AlphaTauri ilə 8 yarışda 37 xal toplamayıb. Keçmişdə belə performans göstərəni Red Bull-a aparırdılar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*