N.Todt: “Byanki bu il Force İndia-da yarışmayacaq”

Fransalı sürücü Jül Byankinin meneceri Nikolya Todt təsdiq edib ki, Byanki 2013-cü ildə Force İndia komandasında çıxış etməyəcək. Qeyd edək […]

Fransalı sürücü Jül Byankinin meneceri Nikolya Todt təsdiq edib ki, Byanki 2013-cü ildə Force İndia komandasında çıxış etməyəcək. Qeyd edək ki, hələ Byankinin Force İndia-da test sürücü vəzifəsində qalması da məlum deyil…

Nikolya Todt: “Dünən günorta mənə dedilər ki, Jül bu il Pol di Restanın komanda yoldaşı olmayacaq. Bu xəbər mənim üçün çox gözlənilməz oldu və mən çox üzüldüm. Mən realistəm, amma çox ümid edirdim ki, Jül bu yeri alacaq.

Biz Formula1-də vəziyyəti qiymətləndiririk, amma variant çox azdır.”

Eyni zamanda almaniyalı sürücü Adrian Sutilin meneceri Manfred Tsimmerman bildirib ki, mətbuatdan aldığı son xəbərlərə görə, onun sürücüsü 2013-cü ildə Force İndia-da yarışacaq…

Manfred Tsimmerman: “Deyəsən, hər şey alındı. Nikolya Todtun Reuters-ə dediklərini eşitdim, amma biz hələ də komandadan rəsmi təsdiqi gözləməliyik…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*