27 İyun 2019, Cümə axşamı - 00:58

N.Rosberq: “Pis nəticə deyil”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:49 - 10 İyun, 2009

Williams komandası Türkiyə Qran Prisinin yekunundan razı qalıb – Niko Rosberqin beşinci yeri sayəsində komanda Mühəndislər Kubokunda Renault-nu qabaqlayıb… Niko […]

Williams komandası Türkiyə Qran Prisinin yekunundan razı qalıb – Niko Rosberqin beşinci yeri sayəsində komanda Mühəndislər Kubokunda Renault-nu qabaqlayıb…

Niko Rosberq: “Mən beşinci yerə görə və komanda üçün şadam – bu həqiqətən pis nəticə deyil. Mən yaxşı start aldım, buna görə mühəndislərə minnətdaram – hər şey mən nəzərdə tutduğum kimi alındı və birinci dövrənin sonunda mən dörd mövqe qazanmışdım. Mən Trullini də ilk pitdən sonra qabaqlamışdım, amma sonda o məndən sürətli oldu.

Ümid edirəm ki, bu əhval-ruhiyyəni biz saxlayacayıq və növbəti hər bir yarışda xal toplayacayıq – məncə, biz hər bir yarışda mütəmadi olaraq ilk səkkizlikdə finiş görə bilərik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 196
Teqlər
Paylaş

logo