C.Ramires: “Alonsonum səbri tükənir”

Uzun müddət McLaren komandasının keçmiş koordinatoru Co Ramires bildirib ki, Fernando Alonsonun səbri bir gün bitəcək.

F-1.az xatırladır ki, McLaren qış testlərində pis təsir bağışlamış və sürücüləri ardıcıl 11 dövrə vura bilməmişdilər. Komandanın idman direktoru Erik Bulye ilk yarışı bitirə biləcəklərinə əmin deyil.

Co Ramires: “Hadisələrə pozitiv baxmaq istəyirəm. Bəlkə bacara bilərlər. İlk yarışlarda çətinlik çəkə bilərlər, amma sonra problemi həll edib, yarışa qayıda bilərlər.

Alonso çox səbirlidir. Onun səbrinə heyranam. Amma hər şeyin həddi var. Onun da səbir kəsası artıq dolur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*