N.Rosberq: “Mən podium uğrunda mübarizə apara bilərdim”

Sıralanma turunda mövsümdə ilk dəfə olaraq Niko Rosberq Kazuki Nakacimaya uduzub, amma yarışda yenə də komanda yoldaşını qabaqlayıb. Niko son […]

Sıralanma turunda mövsümdə ilk dəfə olaraq Niko Rosberq Kazuki Nakacimaya uduzub, amma yarışda yenə də komanda yoldaşını qabaqlayıb. Niko son dövrələrdə Censon Battonun hücumlarını dəf edib…

Niko Rosberq: “Biləndə ki, sənin arxanda gələn maşın hər dövrədə iki saniyə sürətlidir, xoşagəlməz hisslər keçirirsən. Amma mən bilirdim ki, bu trasda ötmək olduqca çətindir, həm də Brawn GP-də KERS yoxdur – sadəcə səhvə yol verməmək lazım idi. Yarış pis alınmadı, mən özüm və komandam üçün şadam. Amma bu gün biz podiuma layiq idik.

Yarışın ortasında mən daha yavaş olan Barrikellonun arxasında vaxt itirdim və dördüncü yerimi Massaya uduzdum, amma podium uğrunda mübarizə apara bilərdim. Hərçənd, pis nəticə deyil – komandaya təşəkkür edirəm. Onlar fantastik iş görüblər və biz rəqiblərə nisbətən daha ciddi inkişafa nail olmuşuq. Növbəti ev yarışımı səbirsizliklə gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*