N.Hülkenberq Formula1-də debütə hazırlaşır?

Williams komandasının test sürücüsü Niko Hülkenberq tezliklə Formula1-də debüt edəcək – bu onun meneceri Villio Veberin fikridir… Villi Veber: “Mən […]

Williams komandasının test sürücüsü Niko Hülkenberq tezliklə Formula1-də debüt edəcək – bu onun meneceri Villio Veberin fikridir…

Villi Veber: “Mən əminəm ki, gələn il biz onu Formula1-də görəcəyik.”

Perspektivli sürücüyə Williams komandasının texniki direktoru Səm Maykl da yüksək qiymət verib: “Gəncliyinə baxmayaraq, Niko maşına tez öyrəşdi və test sessiyalarında təkmilləşdi. O mühəndislərə maşının davranışını xırdalıqlarına qədər təhlil edir. Qışda Niko Qrouv zavodunda dörd həftə komanda ilə birlikdə işləyib və yeni maşının hazırlanmasında bilavasitə iştirak edib.”

Çox güman ki, Hülkenberq və onun meneceri ümidlərini hər şeydən əvvəl Williams-a bağlayırlar, çünki Niko Rosberqin müqaviləsi ilin sonunda başa çatır və gələn il o komandasını dəyişə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*