NASCAR: Daytona yarışında ağır qəza baş verib (video)

NASCAR Nationwide seriyasının mövsümdə ilk yarışı finişə 100 metr qalmış ağır qəza ilə başa çatıb – 10 avtomobilin toqquşması nəticəsində […]

NASCAR Nationwide seriyasının mövsümdə ilk yarışı finişə 100 metr qalmış ağır qəza ilə başa çatıb – 10 avtomobilin toqquşması nəticəsində maşınlardan birinin qırıntıları qoruyucu hasarı keçərək tamaşaçıları yaralayıblar.

İlkin məlumatlara görə, 33 tamaşaçı və 1 sürücü həkimə müraciət edib – 14 yaxınlıqdakı hospitala çatdırılıb, digər xəsarət alanlara isə avtodromda yardım göstərilib. Hospitala yerləşdirilənlərin arasında 14 yaşlı uşaq var, onun halı ağır olsa da, stabildir. Başından təkər zərbəsi almış bir kişi təcili əməliyyat olunub.

Xəsarət almış sürüc Maykl Annetin döş qəfəsi sıxılıb. Sürücü yerli tibb mərkəzində yardım alıb və bir müddət nəzarət altında qalacaq.

Qeyd edək ki, uik-endin əsas yarışı olan NASCAR Sprint Cup seriyasının “Daytona-500” yarışı təxirə salınmayıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*