09 Dekabr 2019, Bazar ertəsi - 14:36

N.Rosberq komanda rəhbəri olacaq?

N.Rosberq komanda rəhbəri olacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

07:13 - 17 Mart, 2017

Formula1 üzrə sonuncu Dünya Çempionu Niko Rosberq bildirib ki, gələcəkdə komanda rəhbəri ola bilər.

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra istefa vermişdi.

Niko Rosberq: “İstefa verdikdən sonra geri qayıtmaq bir sürücü üçün həmişə çətindir. Yarışları televizordan izləmək mənə qəribə gələcək. Hələ də Formula1 fanatıyam və arada paddoka gələcəm.

Hazırda yeni layihələr üzərində işləyirəm. Hələ də içimdə həyəcan var və bunu işə çevirmək istəyirəm. Karyeram ərzində gözəl xatirələrim oldu və buna görə fəxr duyuram. Dünya Çempionu olmaq ən böyük xəyalım idi və bunu qazanaraq hər şeyi həll etdim. Artıq çətin vəziyyətdə olan insanlara kömək etmək istəyirəm. Uşaqlar və imkansızlar üçün bəzi layihələrim var. Ümid edirəm ki, onlara kömək edə bilərəm.

İdmana isə komanda rəhbəri kimi qayıtmaq istəyirəm. Bunu danışmaq üçün çox tezdir, amma bu cəhətdən özümü inkişaf etdirmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 742
Teqlər ,
Paylaş

logo