18 Avqust 2019, Bazar - 23:19

N.Rosberq Mercedes AMG-nin səfiri olub

N.Rosberq Mercedes AMG-nin səfiri olub

Müəllif: Elçin Zodorov, redaktor

20:39 - 16 Yanvar, 2017

Dünya çempionu olduqdan sonra gözlənilmədən karyerasını bitirən Niko Rosberq Mercedes AMG-dən gələn təklifi qəbul edib və komandanın səfiri olub.

F-1.az xatırladır ki, Niko Rosberq çempion olduqdan sonra hamının gələn mövsümün necə keçəcəyini düşündüyü bir anda karyerasını bitirdiyini açıqlamışdı. Niko Mercedes AMG ilə yayda bağladığı ikiillik müqaviləni pozaraq, hardasa, 50 milyon dollarlıq gəlirin üstündən xətt çəkmişdi.

Rosberq Mercedes-in avtoidmandakı fəaliyyətində rol oynamağı qəbul etməsə də, səfir olmaq təklifini xoş qarşılayıb. O, yeni vəzifəsinə sabah Mercedes-in partnyorlarından olan IWC Schaffhausen-in təşkil edəcəyi tədbirdə Lyuis Həmilton ilə birlikdə iştirakla başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 530
Teqlər , , ,
Paylaş

logo