M.Uitmarş: “Mən komanda üçün hər şey edərəm”

McLaren Mercedes MP4-24-ün təqdimat mərasimində Ron Dennis komandanın başçısı vəzifəsindən getdiyini elan edib – Ron şirkətə rəhbərliyini davam etdirəcək, komandaya […]

McLaren Mercedes MP4-24-ün təqdimat mərasimində Ron Dennis komandanın başçısı vəzifəsindən getdiyini elan edib – Ron şirkətə rəhbərliyini davam etdirəcək, komandaya isə martın 1-dən Martin Uitmarş başçılıq edəcək. Britaniyalı mütəxəssis komandaya 1989-cu ildə gəlib, 2004-cü ildən isə McLaren Mercedes-ə icraçı direktor təyin olunub, bütün bu illər ərzində Ron Dennislə çiyin-çiyinə çalışıb. Martin ümid edir ki, rəhbərliyin dəyişməsi ağrısız ötüşəcək…

Martin Uitmarş: “Mən Ronla 20 ildir ki, birgə çalışıram. Dennis əla insandır və gözəl karyera qurub. Bəzən onu bir çoxları başa düşmürdülər, elə bizim komandanın özündə də, amma mən inanıram ki, bizim aramızda həmişə qarşılıqlı hörmət olub. Hazırda əla vaxtdır, mən onu heç vaxt tələsdirməmişəm, onun qərar qəbul etməsinə heç vaxt təsir etməmişəm və bu Ronun qərarıdır – o ğz həyatını özü planlaşdırır.

Mən Lyuis Həmiltonun karyerasının lap başlanğıcından onunla işləyirəm və onun müasir mərhələsində bilavasitə iştirak etmişəm. Əgər mən komandaya kənardan gəlsəydim, onda dramatik dəyişikliklərdən danışmaq olardı, amma mənim əvvəllər də komandaya təsirim olurdu, indi bu təsir artacaq. Mən dörd sürücümüzlə yaxşı münasibət qurmuşam, bizim vahid komandamız var. Bir çox əməkdaşları şəxsən özüm işə qəbul etmişəm və bu illər ərzində onların inkişafını izləmişəm.

Biz dahi komandayıq. Formula1-də heç nəyə zəmanət yoxdur, bizim rəqiblərimiz çox güclüdürlər, amma biz də güclü olmalıyıq. Mən fəxr edirəm ki, iyirmi il McLaren-də işləmişəm və istənilən vəzifəni tutmağa hazıram. Mənim heç bir vaxt başqa komandaya keçmək arzum olmayıb. Lazım olsa mən komanda üçün hər şey edərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*