09 Dekabr 2019, Bazar ertəsi - 16:44

M.Uebber soyuqla müalicə olunur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:40 - 05 Fevral, 2009

Red Bull Racing komandasının sürücüsü Mark Uebber komandanın rəsmi saytına müsahibəsində Tasmania Challenge yarışında ayağını sındırdıqdan sonra reabilitasiya kurslarında istifadə […]

Red Bull Racing komandasının sürücüsü Mark Uebber komandanın rəsmi saytına müsahibəsində Tasmania Challenge yarışında ayağını sındırdıqdan sonra reabilitasiya kurslarında istifadə etdiyi qeyri-ənənəvi metodlardan söz açıb. Bərkidici prosedurlarla, trenajorda məşq və üzgüçülükdən əlavə həkimlər sürücünü kriogen terapiya ilə – soyuqla müalicə edirlər…

Mark Uebber: “Mən bu prosedurları artıq 3 həftədir ki, qəbul edirəm. Otaq temperaturundan siz otuz saniyəliyə -50 dərəcə olan kameraya, ordan isə 3 dəqiqəliyə -130 dərəcə olan kameraya daxil olursunuz. Bütün bunlar ümumi vəziyyətə və immun sistemə yaxşı təsir edir.

Son günlər biz ciddi uğur qazanmışıq, xüsusən də keçən həftə – hər şey qaydasındadır, bəlkə də reabilitasiya planlaşdırdığımızdan da tez qurtaracaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər
Paylaş

logo