F.Alonso: “Renault geri qalır, amma çox az”

Mövsümöncəsi testlərdə Renault qeyri-stabil nəticələr göstərir və Fernando Alonso etiraf edib ki, hələlik R29-un trasda davranışı komandanı qane etmir… Fernando […]

Mövsümöncəsi testlərdə Renault qeyri-stabil nəticələr göstərir və Fernando Alonso etiraf edib ki, hələlik R29-un trasda davranışı komandanı qane etmir…

Fernando Alonso: “Hər şey ondan başladı ki, biz Portimaoda çox uğursuz işlədik, sonra Xeresdə ən sürətli olduq, amma nə birinci, nə də ikinci testlər real vəziyyəti əks etdirmir.

Avstraliyada ilk altılığa düşmək çətin məsələ olacaq. Testlərdə bəzi komandalaraın göstərdikləri nəticələr bizim üçün əlçatmazdır. Bir çoxları bizi bir addım qabaqlayır. Amma biz çox da geri qalmırıq, dövrədə 0.1-0.2 saniyə uduzuruq və əgər maşını keçən il olduğu kimi təkmilləşdirsək, nəyəsə ümid etmək olar.

Biz çempionata yaxşı hazırlaşmışıq, amma hesab edirəm ki, bəzi komandalar bizi qabaqlayır, məsələn, BMW bizi iki ay qabaqlayır. Toyota və Brawn GP yaxşı sürət göstəriblər, biz Ferrari-yə də çata bilmirik, amma ümumən işlər pis getmir. Keçən qış mən elə bilirdim ki, turist kimi ölkələri, şəhərləri gəzməli olacam. Amma bu dəfə daha nikbinliklə gələcəyə baxıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*