M.Uebber: “Həmilton yöndəmsiz tərpəndi”

Kanada Qran prisinin ilk insidenti Mark Uebberlə Lyuis Həmiltonun dördüncü yer uğrunda ilk döngədə toqquşmaları olub – Təhlükəsizlik Maşını trası […]

Kanada Qran prisinin ilk insidenti Mark Uebberlə Lyuis Həmiltonun dördüncü yer uğrunda ilk döngədə toqquşmaları olub – Təhlükəsizlik Maşını trası tərk etdikdən dərhal sonra baş verən bu insidentdən sonra avstraliyalı sürücü 14-cü yerə düşüb, amma yarışı üçüncü yerdə başa vuran Mark Lyuisin bu manevrini yöndəmsiz adlandırıb…

Mark Uebber: “Mənə elə gəlir ki, Lyuis nədənsə elə bilirdi ki, bu döngədən sonra damalı bayraq dalğalanacaq. Bizim aramızda təmas oldu, mən daha çox yer itirdim, on dördüncü yerə düşdüm. Məncə, onun bu hərəkəti yarışın bu mərhələsində yöndəmsiz idi.

Arxada mübarizə aparmaq çətin idi, ona görə təkərləri dəyişmək qərarına gəldik, amma tezliklə bu addımın səhv olduğunu gördük, iki pit-stop üzündən daha çox yer itirdim. Kamui, Pol, Renault sürücüləri, bunları bir dəfə keçmişdim, sonra yenə bunların arxasına düşdüm. Yenə mübarizə aparmalı oldum, trayektoriya quruduğundan ötmələr lap çətinləşmişdi.

Ona görə də sliklərə keçməyə qərar verdik, bundan sonra Mixaellə maraqlı mübarizəm oldu. Arxadan isə Censon çox sürətlə yaxınlaşırıdı. Mənə elə gəlir ki, mən lap Şumaxeri keçsəm də, Censon bizim hər ikimizi keçəcəkdi.

Hər halda bizim hər birimiz layiq olduğumuz yeri tutduq, məncə hər şey ədalətli oldu. Seb yarışda əla işlədi, amma bu cür şəraitdə səhv buraxmaq çox asandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*