M.Tsimmerman: “Müqavilə hələ imzalanmayıb”

Sabah Barselonada mövsümöncəsi testlərin sonuncu dördgünlük seriyası başlayır, Force İndia komandası isə hələ də ikinci sürücüsünü müəyyən etməyib. Təkidli şayiələr […]

Sabah Barselonada mövsümöncəsi testlərin sonuncu dördgünlük seriyası başlayır, Force İndia komandası isə hələ də ikinci sürücüsünü müəyyən etməyib. Təkidli şayiələr gəzir ki, Pol di Restanın qarşıdakı mövsümdə komanda yoldaşı yenidən Adrian Sutil olacaq, amma Almaniya mətbuatının məlumatına görə, son qərar hələ qəbul olunmayıb.

Sürücünün meneceri Manfred Tsiemmerman jurnalistlərə bildirib ki, “Hələ heç nə imzalanmayıb, biz müqaviləyə ümid edirik və komandadan təsdiq gözləyirik.”

Komanda sabah başlayacaq testlərdə sürücülərin iş qrafikini də hələ tərtib etməyib, çox güman ki, ilk iki günü sükan arxasında di Resta işləyəcək, onda komandanın qərar qəbul eləmək üçün ixtiyarında əlavə 1-2 gün olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*