M.Tayssen: “Biz pozitiv əhval ruhiyyəni saxlamalıyıq”

BMW Motorsport-un başçısı Mario Tayssen Formula1-in digər komandalarının rəhbərlərini müsbət əhval ruhiyyədə qalmağa və gələn ildən büdcənin məhdudlaşdırılmasının tətbiqi ilə […]

BMW Motorsport-un başçısı Mario Tayssen Formula1-in digər komandalarının rəhbərlərini müsbət əhval ruhiyyədə qalmağa və gələn ildən büdcənin məhdudlaşdırılmasının tətbiqi ilə əlaqədar yaranmış böhrandan çıxış axtarmağa çağırıb. Komandaların birlikdə alternativ təkliflər hazırlayacağı FOTA-nın sabahkı iclası ərəfəsində Tayssen bildirib ki, vəziyyət hələ böhran nöqtəsinə çatmayıb…

Mario Tayssen: “Mən hamını pozitiv əhval ruhiyyədə olmağa çağırardım: biz mütləq razılaşma əldə etməliyik, çünki biz bünövrəni dağıtmaq marağında deyilik.

Hələlik tərəflərin eyni mövqedə olduqları heç bir bənd yoxdur, amma biz buna nail olmaq üçün hər şeyi edəcəyik. Lakin komandalar və avtokonsernlər Formula1-də o zman çıxışlarını davam etdirəcəklər ki, bunun mənası olsun.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*