M.Şumaher oğlu ilə birlikdə yeni kartları test edib

Mixael Şumaher İtaliyanın şimalındakı Lonato şəhərində Tony Kart şirkətinin yeni kartlarının testlərində iştirak edib. Yeddiqat dünya çempionu yeni Vortex RVZ […]

Mixael Şumaher İtaliyanın şimalındakı Lonato şəhərində Tony Kart şirkətinin yeni kartlarının testlərində iştirak edib. Yeddiqat dünya çempionu yeni Vortex RVZ motoru quraşdırılmış yeni Racer EVK şassisini yoxlayıb – bu barədə şirkətin rəsmi saytı xəbər verib.

Şumaherlə birlikdə Tony Kart-ın digər sürücüləri də trasda işləyiblər – sonuncu dünya çempionu Flavio Kompaneşu, ikiqat dünya və üçqat Avropa çempionu Marko Ardiqo nə qədər çalışsalar da, günün ən yaxşı nəticəsini Mixael göstərib. Testlərdə şirkətin zavod komandasının gəcn sürücüləri Karol Basts, Dalton Sarjent, Takaşi Kasay və 13 yaşlı debütant Mik Betş cəlb olunublar.

Mikin əsl soyadı Şumaherdir və o Mixaelin oğludur, sadəcə anası Korinanın qızlıq soyadı altında çıxış edir. Mik hələlik aşağı KF Junior sinfində çıxış etməyə hazırlaşır.

Qeyd edək ki, Almaniya mətbuatına istinadən İspaniyanın El Mundo Deportivo qəzeti xəbər yayıb ki, testlərin yekununa görə Mixaellə müqavilə imzalanıb – Qırmızı Baron 2013-cü ildə kartinq yarışlarında çıxış edəcək. Amma bu məlumat hələlik rəsmən təsdiq olunmayıb…

shumi-3
shumi-4

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*