20 Avqust 2019, Çərşənbə axşamı - 09:22

M.Şumaher: “Düymələrin basılması problem olmayacaq”

M.Şumaher: “Düymələrin basılması problem olmayacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:23 - 25 Mart, 2011

Bu gün mətbuat konfransında jurnalistlər sürücülərdən yeni sistemlərin peyda olmasının və sükan üzərində düymələrin artmasının yarışların təhlükəsizliyinə mənfi təsir edə […]

Bu gün mətbuat konfransında jurnalistlər sürücülərdən yeni sistemlərin peyda olmasının və sükan üzərində düymələrin artmasının yarışların təhlükəsizliyinə mənfi təsir edə bilməsi ilə maraqlanıblar. Mixael Şumaher və Fernando Alonso bildiriblər ki, heç bir probem görmürlər…

Mixael Şumaher: “Keçən il Spa trasında bir çox sürücülər Eau Rouge döngəsini sükandan bir əllə yapışaraq keçirdilər, ikinci əllə hava kanalını tuturdular. Mən hesab edirəm ki, arxa antiqanadın hərəkətli elementi daha təhlükəsizdir.

Mövsümöncəsi testlərdə sürücülər idarəetməyə öyrəşiblər. Formula1-in sürücüləri əsil peşəkardırlar, onlar üçün bir-iki düymənin basılması problem ola bilməz.”

Fernando Alonso: “Hər kəs öz rəyində qalacaq, amma mən yeni sistemlərin idarə olunmasında heç bir problem görmürəm. Biz peşəkar sürücülərik və komanda ilə işləməliyik ki, maşının asan idarə olunması yollarını tapaq. Həm də əgər vəziyyət elə alınsa ki, düyməni basmaq imkanı yoxdursa, onda bunu eləməyin.

Düzdür, sistemlərə öyrəşmək vaxt tələb edir, amma biz qış testlərində kifayət qədər məsafə qət etmişik. Biz Felipe ilə bütün idarəetməni avtomatlaşdırmışıq – məncə, bu məsələni müzakirə etməyə ehtiyac yoxdur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər
Paylaş

logo