14 Oktyabr 2019, Bazar ertəsi - 02:46

Montsa yeni müqaviləni imzalamağa hazırdır

Montsa yeni müqaviləni imzalamağa hazırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:11 - 09 Yanvar, 2016

Keçən ilin dekabr ayında İtaliya parlamenti qanunda dəyişiklik edərək milli ACİ avtomobil klubuna İtaliya Qran Prisinin maliyyələşdirilməsində iştirak etməyə icazə vermişdi…

F-1.az xəbər verir ki, bu gün səhər tezdən isə ACİ-nin prezidenti Anjelo Stikki Damyani bildirib ki, trasın FOM-la yeni yeddiillik müqaviləsi imzalanmağa yaxındır…

Anjelo Stikki Damyani: “Montsa avtodromu pis dövrləri arxada qoyub. Bu gün biz Ekklstounla yeni müqavilə imzalamağa yaxınıq və yeni müqavilə trasda Formula1 mərhələsini yeddi il keçirməyə imkan verəcək. İndi bizim vəzifəmiz trası dünyada ən gözəl və ən təhlükəsiz tras etməkdir.

Biz avtomobil klubu olaraq bir çox qurbanlar verdik ki, bu mübarizədə qalib gələk – indi hər şey arxadadır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 478
Teqlər , , ,
Paylaş

logo