Monako Qran Prisi – maşınların çəkisi

FİA Monako Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az […]

FİA Monako Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla Red Bull sürücüsü Sebastyan Fettel çıxıbmış – alman sürücü aqressiv strategiya seçib və pit-stopa ilk gedəcək, amma yarışın strategiyasını Təhlükəsizlik Maşını dəyişə bilər. Pouldan start alacaq Censon Batton daha ağır maşınla sıralanma turunu keçib, Brawn GP sürücüləri startda ən əlverişli mövqeləri tutmaqla, həm də rəqiblərindən ən sonda yanacaq doldurmağa yollanacaqlar.

İlk onluqda ən ağır maşın Kazuki Nakacimada olacaq – Williams ilk pit-stopu ləngitməklə strategiyaya düşəzilşlər edə bilər, düzdür, yapon sürücünün arxasında daha ağır maşınlar start alacaqlar. Sabah startda ən ağır maşın Timo Qlokun Toyota-sı olacaq, alman sürücü yarışı cəmi pit-stopla da keçirə bilər, əgər təkər imkan versə…

Maşınların yanacaqla dolu çəkiləri (kq):
1. C.Batton (Brawn GP) – 647.5
2. K.Rəykkönen (Ferrari) – 644.0
3. R.Barrikello (Brawn GP) – 648.0
4. S.Fettel (Red Bull) – 631.5
5. F.Massa (Ferrari) – 643.5
6. N.Rosberqг (Williams) – 642.0
7. H.Kovalaynen (McLaren) – 644.0
8. M.Uebber (Red Bull) – 646.5
9. F.Alonso (Renault) – 654.0
10. K.Nakacima (Williams) – 668.0
11. S.Buemi (Toro Rosso) – 670.0
12. N.Pike (Renault) – 673.1
13. C.Fizikella (Force İndia) – 693.0
14. S.Burde (Toro Rosso) – 699.5
15. A.Sutil (Force İndia) – 670.0
16. L.Həmilton (McLaren) – 645.5
17. N.Haydfeld (BMW Sauber) – 680.0
18. R.Kubitsa (BMW Sauber) – 696.0
19. Y.Trulli (Toyota) – 688.3
20. T.Qlok (Toyota) – 700.8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*