Michelin-in şərtləri dəyişməyib

Lə Man seriyasının Pol Rikarda ilk mərhələsinə həsr olunmuş mətbuat konfransında Michelin şirkətinin nümayəndəsi Formula1-ə qayıtmaları üçün üç şərti bir […]

Lə Man seriyasının Pol Rikarda ilk mərhələsinə həsr olunmuş mətbuat konfransında Michelin şirkətinin nümayəndəsi Formula1-ə qayıtmaları üçün üç şərti bir daha səsləndirib.

Şirkət bu şərtləri çox irəli sürüb – frnsalılar təkər təchizatında inhisarçı olmaq istəmirlər, təkər diskinin ölçüsünün 18” olmasını istəyirlər (bununla idman və yol maşınlarında istifadə olunan texnologiyalar tətbiq oluna bilər) və hesab edirlər ki, çempionat daha ekolji olmalıdır, yəni ən azı Michelin Green X Challenge-in prinspilərinə cavab verməlidir.

Şayiələr gəzirdi ki, təkər ustaları FİA ilə danışıqlardan sonra bəzi şərtlərdən vaz keçəcəklər, amma hələlik Michelin-in rəsmi mövqeyi dəyişməz qalıb…

Şirkətin nümayəndəsi bildirib: “Bizi həqiqətən Formula1-ə qayıtmaq maraqlandırır, amma müəyyən şərtlər daxilində. Biz çempionatın yeganə təchizatçısı olmaq istəmirik, çempionatda müxtəlif təchizatçılar rəqabət aparmalıdırlar, bununla təkərlərin hazırlanmasında inkişafa nail olmaq mümkündür. Məsələn, Pilot3 yol təkərlərinin yeni nəslinin konstruksiyasında biz Lə Man üçün hazırladığımız tərkiblərdən istifadə etmişik və biz istəyirik ki, Formula1-də də belə bir effektə nail olaq. Bundan başqa ekolji qayğı vacib məsələdir, biz istəyirik ki, çempionatda Green X Challenge-in təşəbbüsündən istifadə edək.”

FİA çempionata məhz Michelin-in qayıtmasını istəyir, amma tərəflər kompromisə getməsələr, Koreya şirkətlərindən biri təchizatçı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*