Mercedes Honda-ya motor verməyə hazırdır

Ferrari-nin başçısı Stefano Domenikalinin yeni maşının dünənki təqdimatında Honda Racing komandasını bu mövsüm motorla təchiz etmə ehtimalının sıfra bərabər olmasını […]
hauq

Ferrari-nin başçısı Stefano Domenikalinin yeni maşının dünənki təqdimatında Honda Racing komandasını bu mövsüm motorla təchiz etmə ehtimalının sıfra bərabər olmasını söyləməsindən sonra, iflasa uğramaqda olan komandanın rəhbərliyi lap çətin vəziyyətə düşüb, amma kömək əks düşərgədən gələ bilər. Bu gün motor təminatı imkanının olmasından Mercedes-in idman bölümünün başçısı Norbert Hauq danışıb…

Norbert Hauq: “Əgər Honda Racing komandasının sərmayədarlarla razılığı varsa, biz təchizat məsələrini müzakirə edə bilərik, amma maliyyə məsələləri zəmanətli olmalıdır. Hazırkı iqtisadi vəziyyətdə heç kim belə bahalı hədiyyə bağışlaya bilməz, amma biz Formula1-ə, Ross Brauna və Nik Fraya kömək etmək istəyirik. İndiyə kimi onlar öz işlərinin öhdəsindən əla gəliblər, əgər kömək etmək imkanı olsa, biz bunu edəcəyik, amma təkrar edirəm ki, biz 100% maliyyə zəmanəti almalıyıq.

Əlbəttə, vaxt ideal seçilməyib, biz KERS və motorun dövriyyəsinin yeni məhdudlaşdırılması ilə məşğul olmalıyıq, motorun resursunu yoxlamalıyıq – yeni reqlamentdə etibarlılıq mühüm əhəmiyyət kəsb edəcək. Biz heç V8 motorlarına keçəndə belə gərgin işləmirdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*