25 Avqust 2019, Bazar - 11:14

Mercedes artıq V.Bottasın oturacağını hazırlayıb

Mercedes artıq V.Bottasın oturacağını hazırlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:51 - 01 Yanvar, 2017

MotorSport.Com resursuna daxil olan məlumatlara görə, çempion komanda nəinki Niko Rosberqi əvəz edəcək namizədi müəyyən edib, hətta onunla işləməyə də başlayıb – düzdür, məlumat rəsmən hələ təsdiq olunmayıb.

Qeyri-rəsmi məlumatlara əsasən, Valtteri Bottas artıq Mercedes W08 Hybrid maşınının kokpitində yerini rahatlayıb. Milad bayramı ərəfəsində finlandiyalı sürücü komandanın Breklidəki bazasına baş çəkib və oturacağın hazırlanması prosedurunda iştirak edib.

Eyni zamanda, Bottas sükan üzərində idarəetmə düymələrinin və linklərin yerləşməsinə də öz arzularını bildirib, daha sonra isə onunla işləyəcək mühəndis və mexaniklərlə tanış olub.

F-1.az xatırladır ki, Mercedes komandası rəsmi məlumatı tətildən sonra elan edəcəyini bildirmişdi. Mercedes Motorsport-un başçısı Toto Volff son müsahibəsində yeni sürücünün hələ seçilmədiyini söyləmişdi.

Böyük ehtimalla qarşıdakı həftə sürücü bazarında boş qalan vakansiyalar da tutulacaq – Felipe Massanın qayıtması elan olunacaq, Paskal Verlyaynın taleyi açıqlanacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 889
Teqlər , , , , , , ,
Paylaş

logo