McLaren yeni maşınına fərqli ad qoyub…

McLaren komandası qarşıdakı mövsümə hazırlığını davam etdirir.

F-1.az xatırladır ki, komanda keçən həftə çarpma testlərindən keçərək yeni maşının təqdimat tarixini açıqlamışdı – 24 fevral.

Bu gün isə komandanın mətbuat xidməti Fernando Alonso və Stoffel Vandornun idarə edəcəyi maşının adını açıqlayıb. Komandanın qısa relizində deyilir ki, “2017-ci il dəyişikliklər ilidir və bizim maşının adı da dəyişilir. Xanımlar və cənablar, qarşılayın: McLaren Honda MCL32”.

Qeyd edək ki, Bryus MakLarenin 1966-cı ildə qurduğu komandanın maşınları M hərfi ilə işarələnirdilər. Bu sırada sonuncu maşın 1980-ci ildə mübarizə aparmış McLaren M30 maşınıdır. 1981-ci ildən isə komandanın tərəfdaşı olmuş Project Four şirkətinin abreviaturası da komandanın maşınının adına əlavə olunur. Bu sırada sonuncu maşın keçən il starta çıxmış McLaren MP4-31 olmuşdu…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*