McLaren MP4-24

Adətən əvvəlki mövsümdə titul uğrunda mübarizə aparan komandalar cari maşının təkmilləşdirilməsinə daha çox vaxt ayırdıqlarından yeni maşının təqdimatını ləngidirlər. 2008-ci […]
mcl1

Adətən əvvəlki mövsümdə titul uğrunda mübarizə aparan komandalar cari maşının təkmilləşdirilməsinə daha çox vaxt ayırdıqlarından yeni maşının təqdimatını ləngidirlər. 2008-ci ilə titulun taleyi son yarışda həll olundu, amma bu mübarizənin iştirakçıları yeni maşınlarını hamıdan əvvəl təqdim ediblər – Ferrari yeni F60 maşınını yanvarın 12-də birinci olaraq təqdim edib, Vodafone McLaren Mercedes MP4-24-ün təqdimatı isə bu gün baş tutub. Hər iki yeni maşın gələn həftə start götürəcək testlərdə trasda debüt edəcək.

McLaren komandası yeni maşınını Uokinqdəki bazasında nümayiş etdirib, yerli vaxtla səhər saat 11-də qonaqlar və jurnalistlər korpusuna 1 nömrə həkk olunmuş MP4-24-ü alqışlayıblar. Lyuis Həmilton və Heykki Kovalaynen qoruyucu pərdəni maşının üzərindən çəkdikdən sonra rəsmi mərasimi komandanın başçısı Ron Dennis açıb…

mcl2

Ron Dennis: “Yeni reqlament – son on beş ildə qaydalarda ən ciddi dəyişiklərdir, bu dəyişikliklər böyük iş, fundamental təhlil və komandanın bütün elmi potensialının istifadəsini tələb edirdi. Çempionat iştirakçıları ciddi çağırış qarşısındadırlar – əgər ki,ik bir səhv etsələr, mövsümün gedişində geriqalmanı aradan qaldırmaq olduqca çətin olacaq, amma biz hesab edirik ki, MP4-24 düzgün qurulmuş maşındır.

Biz həm də gözəl maşın qurmağa çalışmışıq – maşın gözəl görünəndə trasda da sürətli olur. Bu gün siz böyük bir mütəxəssislər qrupunun gərgin əməyinin nəticəsini görürsünüz. Bu tam işlək maşındır, indidən testlərə qatıla bilər, qeyd edim ki, bu ikinci şassidir, birincisi isə Portuqaliyada iki gündən sonra trasa çıxacaq. Biz mövsümün ilk yarışına kimi qalan vaxtdan maksimum effektiv istifadə etmək üçün hər şey edirik.

Keçən il qazandığımız çempion titulu bu ilə zəmanət vermir. Yeniliklər miqyası qarşıdakı mövsümə proqnoz söyləməyə imkan verməsə də, komanda gördüyü işin nəticəsi ilə fəxr edir və yeni mövsümün başlanmasını səbirsizliklə gözləyir. Biz qələbələr üçün yaranmışıq, bizim məqsədimiz əvvəlki kimi qalır – şəxsi hesabda və Mühəndislər Kubokunda qələbələr qazanmaq.”

mcl3

Martin Uitmarş: “Reformalar o qədər dərindir ki, hansı komandanın uğur qazanmasını qabaqcadan söyləmək olduqca çətindir.

МР4-24-ün qurulması bir çox çətinliklərlə müşaiyət olunurdu, amma biz reqlamentin qaydalarını dərindən öyrəndik və hər bir elemntin yaradılmasında bunu tətbiq etdik. Gördüyümüz işin nəticəsi ilə qürur hissi duyuruq.

Biz ötmə problemlərini öyrənən xüsusi işçi qrupun fəaliyyətinin nəticələrini nikbinliklə qiymətləndiririk və ümid edirik ki, bu yeniliklər Formula1-i daha maraqlı idman növünə çevirəcək, baxımlılığı artıracaq və bizim əsas müştərilərimiz olan azarkeşlərin tələblərinə cavab verəcək.”

Mercedes Motorsport-un vitse-prezidenti Norbert Hauq şirkətin və komandanın mühəndisləri qarşısında duran çağırışdan danışıb…

Norbert Hauq: “Məncə, bu ən çətin qış oldu. Motor reqlamenti “dondurulub”, amma dövriyyə 18 minə endirilib, yeni KERS sistemi tətbiq olunub, ona görə də Briksurt və Ştutqartdakı əməkdaşlarımız gərgin çalışıblar. Bu sözləri Uokinqdə çalışan əməkdaşlar barədə də demək olar, nəticədə bu oğlanlar belə bir fantastik maşın düzəldiblər. Biz ümid eidrik ki, üzümüzə gələn testlərdə yeni maşın ən yaxşı olacaq.”

Yeni mövsümü komanda yeni başçı ilə başlayacaq. Təqdimat mərasimində McLaren-in hazırkı başçısı Ron Dennis vəzifədən getdiyini elan edib – Ron McLaren Group-a rəhbərliyini davam etdirəcək, martın 1-dən isə komandaya hazırkı icraçı direktor Martin Uitmarş başçılıq edəcək.

mcl5

Yeni McLaren maşını əvvəlki modellərin əsas cizgilərini saxlayıb, amma onlardan hissolunacaq dərəcədə fərqlənir. Buna səbəb isə yenilənmiş aerodinamika və KERS sisteminin tətbiqidir.

Mərasimdə komandanın iki əsas və iki test sürücüləri də iştirak ediblər – testlərdə ciddi məhdudiyyətlərə baxmayaraq, komanda Pedro de la Rosa və Qəri Paffetlə müqavilələri uzadıb…

mcl6

Lyuis Həmilton: “Yeni maşının təqdimatı istənilən sürücü üçün həyəcanlandırıcıdır, MP4-24-ün debütü isə daha xüsusi bir hadisədir, axı indi onun üzərində 1 nömrə həkk olunub. Reqlamentdəki dəyişiklikləri nəzərə alsaq, mövsüm maraqlı və qabaqcadan söylənilməz olacaq, amma bu bütün Formula1 həvəskarları üçün yaxşıdır. Şəxsən mən ümid edirəm ki, daha bir mövsüm bizim üçün uğurlu olacaq və yenə də titul uğrunda mübarizə aparmaq istəyirəm – lazım olsa yenə də lap sonuncu yarışa kimi mübarizə aparacam, amma daha yaxşı olardı ki, qələbə vaxtından əvvəl olsun.”

Heykki Kovalaynen: “Mənim bəxtim gətirdi ki, mən MP4-24-ün qurulmasının canlı şahidi oldum və mən hər üç bazada işlərin necə gərgin getidyini gördüm. Qışda mən mühəndislərlə çox işləmişəm və məşq etmişəm, yeni mövsümə maksimum hazıram. Biz reqlamentdə ciddi dəyişikliklərə adaptasiya olmalıyıq, mən hiss edirəm ki, bu çağırışa hazıram!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*