McLaren komandası rəng çalarını dəyişir?

Bayram günlərindən sonra Santander bankı yeni reklam çarxını yayıb - çarxda Censon Battonun əynində əvvəllər istifadə olunmayan rənglərə boyanmış komanda maykası var. Çox güman ki, komandanın qarşıdakı mövsümdə rəng çalarları məhz bu cür olacaq...

F-1.az bildirir ki, yeni rəng çalarları komandanın azarkeşlərinin heç xoşuna gəlməyib və onlar sosial şəbəkələrdə komandanın seçimini tənqid atəşinə tutublar. Azarkeşlər ümid edirdilər ki, McLaren Honda alyansı yenidən əfsanəvi rəng çalarlarına qayıdacaq. Hazırda komandanın rəsmi saytında köhnə paltarlar kolleksiyası böyük güzəştlərlə satılır – bu da rəng çalarının dəyişdirilməsini sübut edir.

https://www.youtube.com/watch?v=TIUEtWuLkfU

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*