21 Noyabr 2019, Cümə axşamı - 07:36

M.Kaltenborn: “Verlyayn uşaq deyil”

M.Kaltenborn: “Verlyayn uşaq deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

15:10 - 09 Fevral, 2017

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, Paskal Verlyayn uşaq deyil və almaniyalı sürücüdən gözləntiləri çoxdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən mövsüm Manor komandasında debüt etmiş və Avstriya yarışında bir xal qazanmışdı. DTM üzrə 2015-ci ilin Dünya Çempionu keçən mövsüm Mercedes-in həm ehtiyat, həm də test sürücülüyünü edirdi.

Verlyaynın yeni komandası Sauber-dəki çıxışı və isveçrəlilərin yeni investorlardan sonrakı performansı hamıya maraqlıdır.

Monişa Kaltrenborn: “Əgər biz uşaqla müqavilə bağlasaydıq, ona Formula1 bolidi yox, oyuncaq verərdik. Paskal Verlyayn Formula1 də daxil olmaqla yarışdığı bütün seriyalarda özünü sübut edib. Bunu gələcəkdə də davam etdirə bilər”.

Komandanın digər sürücüsü Markus Erikssonun da ən böyük hədəfi Verlyaynı məğlub etməkdir: “Hədəfim Verlyaynı məğlub etməkdir. Başqa nə ola bilər ki? Bilirəm ki, çətin mübarizə olacaq və buna görə də əlimdən gələni edəcəm. Uzun müddətdir ki, Mercedes-in proqramındadır, amma mən onu məğlub edəcəyimə inanıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 722
Teqlər , , ,
Paylaş

logo