15 Sentyabr 2019, Bazar - 17:50

A.Covinatsi nədən ehtiyat edib?

A.Covinatsi nədən ehtiyat edib?

Müəllif: Rauf Hacıyev, redaktor

17:22 - 06 Mart, 2017

Sauber komandasının sürücüsü Antonio Covinatsi testlərin son günündə bir az təmkinli sürdüyünü etiraf edib.

F-1.az xatırladır ki, Paskal Verlyayn Çempionlar Yarışında ciddi qəza edərək zədələndikdən sonra Sauber komandası almaniyalı sürücünü əvəz etməsi üçün Ferrari-dən Antonio Covinatsini icarəyə götürmüşdü.

İtaliyalı sürücü bildirib ki, testlərin son günündə istədiyi kimi sürə bilməyib: “Yaş trasda bu cür bolidlə təcrübəm olmadığı üçün bir az ehtiyatlı sürdüm. Hazırda hər şey mənim üçün çox yenidir və limitimi tapmağa çalışıram. Özümə daha çox güvənməyə başlamışam. Əgər ikinci testlərdə də iştirak etsəm, yaxşı işlər görə biləcəyimə inanıram.

Komandanın testlərdə gördüyü işlərdən razıyam. Ümumilikdə hər şey çox gözəl idi və çətin şərtlərdə heç bir problem yaşamadığım üçün özümü şanslı hesab edirəm. Yaş trasda çoxlu dövrələr vurdum və yaxşı məlumatlar topladıq. Nahardan sonra isə hər şey daha gözəl idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 384
Teqlər , , ,
Paylaş

logo