23 Yanvar 2019, Çərşənbə - 20:53

M.Ferstappen: “Mən olsam, televizoru söndürərdim”

M.Ferstappen: “Mən olsam, televizoru söndürərdim”

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 26 Mart, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstraliya yarışı darıxdırıcı və dəyərsiz olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk yarışında Maqnussen və Alonsonun DRS zonasına daxil olsa da, ötmə edə bilməyib.

Maks Ferstappen: “Çox dəyərsiz yarış idi. Mən olsam, televizoru söndürərdim. Əlimdən gələni etdim. Bütün yarış DRS bölgəsində olsam da, heç nə alınmadı. Burada ötmə etmək olmur. Sadəcə cəhd edirsiniz. Rəqibinizdən 1.5 saniyə sürətli olmağınız da fərq yaratmır. Məncə, səbəbi bolidlərdir. Əvvəllər ötmə ilə bağlı problem olmurdu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 161
Teqlər , , ,
Paylaş

logo