M.Ferstappen: İşlərini çətinləşdirəcəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, İspaniyadakı sıralanma turunda üçüncülük maksimum nəticədir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü poul qazanan Həmiltondan 0.7 saniyə geridə qalıb.

Maks Ferstappen: “Hazırda üçüncülük maksimum nəticədir. Bütün həftəsonu ərzində üçüncü idik. Buna görə sevincliyəm. Ümid edirəm ki, yarışda rəqiblərimizə daha yaxın olacağıq. Gözləyək və görək nə olur.

Ümid edirəm ki, yarışda Mercedes-lər üzərində təzyiq yarada biləcəm. Burada ötmə etmək çətindir. Lakin onların işini çətinləşdirəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*