M.Çilton: “Formula1 ənənəsini dəyişdirməlidir”

Sabiq Formula1 sürücüsü Maks Çilton bildirib ki, Formula1 komandaları İndyCar-da yarışan sürücülərə də fikir verməlidirlər.

F-1.az xatırladır ki, 2017-ci ilin İndyCar çempionu Cosef Nyuqarden bildirmişdi ki, Formula1-də yarışmaq istəyir. Haas komandadısının rəhbəri Günter Ştayner isə demişdi ki, amerikalı sürücülər Formula1-də yarışmağa hazır deyillər.

Maks Çilton: “Bu Cozefin istəyi ilə olmamalıdır. Formula1 özü bunu reallaşdırmalıdır. Formula1 sürücüləri seçəndə bir yönə baxır. Sürücülər ya Formula1-də olmalıdır, ya da komandaların sürücü proqramlarında olmalıdırlar. Çox az hallarda Avropadan kənarda yarışan sürücülərə baxırlar. Bu doğru deyil. İndyCar-a baxmamaları üçün səbəb yoxdur. Məsələn, sabiq komanda yoldaşım Skot Dikson Formula1-də hamı ilə mübarizə apara bilər. Amma onu heç kim görmür. Mercedes-də boş yer olanda da onu görmədilər. İndyCar sürücülərini görmək üçün ənənə dəyişməlidir və ümid edirəm ki, alınar. Çünki istedadlar məhv olur. Buradakı sürücülər Formula1-dəki bəzi sürücülərdən güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*