M.Binotto: “Maşın təmiz fərqlidir”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, 2020-ci il bolidləri olan SF1000 2019-cu ildəki maşınlarına bənzəsə də, ekstrem həll yolu ilə daha da güclənib.

F-1.az xatırladır ki, SF1000-in orta və arxa hissəsindəki dəyişiklik hamının diqqətini cəlb edib.

Mattia Binotto: “Reqlament dəyişmədiyi üçün bolidi yeniləmədik. Bu bolidin başlanğıc forması keçənilki SF90-dır və bu il maksimum həddə çatmağa çalışdıq. Asfaltayapışma cəhətdən maksimumu əldə etməyə çalışdıq. Buna görə də monokok, güc qurğusunun yerləşməsi, ötürmələr qutusu çox dar formada paketləndi. Bunu görmək mümkündür. Bütün komponentlərin üzərində işləyirik. Asılqan sistemi daha çevik olacaq. Sürücülərin və trasın tələblərinə görə sazlanmaları dəyişdirə bilərik. Bolidi yüngülləşdirmək üçün əlimizdən gələni etdik. Keçənilkinə oxşasa da, təmiz fərqli maşındır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*