20 Avqust 2019, Çərşənbə axşamı - 23:01

M.Arrivabene: “Təslim olmayacayıq”

M.Arrivabene: “Təslim olmayacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

09:43 - 02 May, 2016

Builki mövsüm Ferrari üçün pis başlayıb. İtalyanlar Rusiyada da uğursuzluq zolağından çıxa bilməyiblər.

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılıb. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırıb.

Fettel yarış dayandırdıqdan sonra Mercedes konstuktorlar çempionatında fərqi bir az da artırıb. Sürücülər çempionatında isə Sebastyan Fettel birinci yerdəki Rosberqdən 67 xal geri qalır.

Mauritsio Arrivabene: “Biz asanlıqla qələbə qazanmaq istəmirik. Biz bilirik ki, mübarizə olacaq və biz bundan şikayət etmirik. Çünki bu yarışın bir hissəsidir.

Fetteldə yeniliklərlə bağlı problem yaşadıq, Kimidə isə turbin problemi yaşadıq. Bunların səbəbi bəxtsizlik yox, insan səhvidir.

Mən istəyərəm ki, bu cür problemlər mövsümün əvvəlində olsun. Çünki mövsümün ortasında və ya sonunda heç kim problem yaşamaq istəməz. Bunun üçün çox işləmək və səhvləri təkrarlamamaq lazımdır.

Çempionluqdan əl çəkmirəm, komandanın da əl çəkməsini istəmərəm. Var gücümüzlə işləməliyik.

Hələ 17 yarış var və heç bir şey bitməyib. Sona qədər mübarizə aparacayıq.

Biz Soçiyə həm mühərrikdə, həm də şassidə yeniliklərlə gəldik. Amma Mercedes-in bu cür üstünlüyü bizi məyus etdi.

Ən əsası, artıq az səhv etməliyik.

Mən komandaya güvənirəm və həmişə güvəndim. Mən komandanın daha güclü olacağına inanıram.

Növbəti traslar bizə uyğundur. İspaniyada Soçiyə nisbətən daha güclü olacayıq.

Əlbəttə, digər komandalar da boş dayanmayacaqlar və inkişaf etməyə davam edəcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 414
Teqlər , , , ,
Paylaş

logo