Lotus komandası səhmlərinin 35%-ni İnfinity Racing Partners-a satıb

İnfinity Racing Partners sərmayədarlar konsorsiumu Lotus komandasının səhmlərinin 35%-ni əldə edib. Sərmayədarlar Genii Capital fondu ilə birlikdə komandanın həmsahibi olacaqlar. […]

İnfinity Racing Partners sərmayədarlar konsorsiumu Lotus komandasının səhmlərinin 35%-ni əldə edib. Sərmayədarlar Genii Capital fondu ilə birlikdə komandanın həmsahibi olacaqlar. Jerar Lopes komandaya həmsahibliyini davam etdirəcək, Erik Lyuks isə komandanın direktorlar şurasının üzvü qalmaqla Genii Capital-da icraçı direktor vəzifəsini icra edəcək…

Jerar Lopes, Lotus komandasının həmsahibi:İnfinity Racing-in başçıları nadir təcrübəyə malikdirlər və yüksək keyfiyyətli texnologiyaların hazırlanmasında və nümayişində öz uğurlarını nümayiş etdiriblər. Bu tərəfdaşlıq Lotus-a KERS-in effektliyini artırmağa kömək edə bilər – gələn ildən bu sistemin əhəmiyyəti çox artacaq. Eyni zamanda hər iki tərəfin sponsorlarla işində yeni imkanlar açılacaq.”

Mənsur İcaz, İnfinity Racing-in vitse-prezidenti: “Jerar Lopes, Erik Lyuks və bütün Genii Capital fondu Lotus komandasını hər bir yarışda ciddi rəqibə, Formula1-in top-komandaları ilə yanaşı qələbə namizəd olan bir komandaya çevirməyə çalışırlar. Lotus keçmiş ənənələrinə sadiq qalaraq komanda başçısı və sürücülər çox rəqabətədavamlı çıxışlar nümayiş etdirirlər və çempionatın digər iştirakçılarının hörmətini qazanıblar.

Bizim üçün böyük şərəfdir ki, belə bir komandaya zirvəyə qayıtmağa kömək edəcəyik və biz komandanın döyüş ruhu, reallığı və uğur əzmkarlığı ilə fəxr edirik. Bu keyfiyyətlər Lotus-u titula namizəd komandaya çevirməyə çalışan mühəndislərə də xasdır.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*