L.Həmilton özünə menecer tapmaq fikrindədir

Yaxın günlərdə 2008-ci ilin dünya çempionu Lyuis Həmilton yeni menecerinin adını açıqlayacaq. Xatırladaq ki, sürücünün əvvəlki meneceri doğma atası Əntoni […]

Yaxın günlərdə 2008-ci ilin dünya çempionu Lyuis Həmilton yeni menecerinin adını açıqlayacaq. Xatırladaq ki, sürücünün əvvəlki meneceri doğma atası Əntoni Həmilton idi, amma keçən ilin əvvəlində bu əməkdaşlığa son qoyulub. O vaxtda Lyuis yeni menecer axtarışındadır…

Lyuis Həmilton: “Bu vəzifəyə bir neçə namizədim var, indi mən seçim edirəm, tezliklə son qərarı verməliyəm və bu barədə xəbər verəcəm. Ümid edirəm ki, yaxın həftələrdə yeni menecerimi ictimaiyyətə təqdim edəcəm. Düşünürəm ki, belə daha yaxşı olacaq, çünki bütün diqqətimi işə yönəltməyə imkanım olacaq, həm də keçən il öz işlərimə vaxtım qalmırdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*