L.Həmilton gənc sürücülərlə görüşüb

Bu gün Lyuis Həmilton Böyük Britaniyanın şərqində Brendon şəhərciyində yerləşən PF İnternational kartinq trasına baş çəkib və milli Formula Kart […]

Bu gün Lyuis Həmilton Böyük Britaniyanın şərqində Brendon şəhərciyində yerləşən PF İnternational kartinq trasına baş çəkib və milli Formula Kart Stars (FKS) çempionatının açılış mərasimində iştirak edib. FKS – milli çempionatın yüksək liqasıdır, vaxtilə bu liqada Lyuisin özü, Super Aguri-nin keçmiş sürücüsü Əntoni Dəvidson və McLaren-in test pilotu Qəri Paffet və başqa britaniyalı sürücülər çıxış ediblər. Lyuis məmnuniyyətlə gənc istedadlı sürücülərlə görüşüb, onlarla təcrübəsini bölüşüb və onların çoxsaylı suallarını cavablandırıb…

Lyuis Həmilton: “Mənim Formula Kart Stars çempionatının iştirakçıları ilə ünsiyyətdən çox xoşum gəldi: mən öz uşaqlığımı xatırladım. Vaxtilə bu çempionat mənə çox şeyi öyrədib. Bu idmanın əsasıdır: gənclər yarışmaq imkanı əldə edirlər və ustalıqlarını artırırlar, sonda da başa düşürlər ki, özünü tam işinə həsr etməlisən.

Ümid edirəm ki, mən onlara bir neçə yaxşı məsləhətlər verdim!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*