L.di Montedzemolo kompromisə hazır deyil

Bu gün Parisdə FİA-nın Ümumdünya Şurasının Ferrari-nin və FOTA-nın prezidenti Luka di Montedzemolonun iştirakı ilə iclası keçiriləcək. Montedzemoloya yaxın olan […]

Bu gün Parisdə FİA-nın Ümumdünya Şurasının Ferrari-nin və FOTA-nın prezidenti Luka di Montedzemolonun iştirakı ilə iclası keçiriləcək. Montedzemoloya yaxın olan mənbə görüş ərəfəsində jurnalistlərə bildirib ki, FOTA-nın mövqeyi qətidir və onun dəyişməyin heç bir mənası yoxdur…

Vəziyyəti FOTA-nın nümayəndəsi də şərh edib: “Belə bir kompromissiz mövqenin səbəbləri heç də bəzilərinin hesab etdiyi kimi şəxsi deyil. Biz alternativ çempinatın təşkili üzərində işləməliyik, əgər biz daim danışıqların nəticələrini gözləsək, onda bizim heç nəyə vaxtımız qalmayacaq.”

Axşama yaxın Ümumdünya Şurası qərarını dərc etməlidir, sabah isə İtaliyanın Bolonya çəhərində FOTA üzvlərinin toplantısı baş tutmalıdır, komandalar alternativ çempionatın ilk istiqamətlərini müəyyən etməlidirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*