T.Volff Şumaxerlə işləmək istəyir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Mik Şumaxeri Mercedes-də görmək istəyir.

F-1.az xatırladır ki, Mik Şumaxer Haas ilə yollarını ayırıb və hazırda işsizdir. Bəzi dedi-qodulara görə isə Mercedes onu ehtiyat sürücü kimi heyətinə qatmaq istəyir.

Toto Volff: “Mik həm Maykla görə, həm də bütün Şumaxer ailəsinə görə qəlbimizdədir. Ralf uzun müddət bizim DTM komandamızda yarışdı. İndi isə oğlu DTM komandamızdadır.

Mik aşağı seriyalarda uğurlu çıxış edib. Ağıllı və tərbiyəli oğlandır. İmkan olsa, onunla işləyərik.

Hələ müqavilə bağlamamışıq. Razılıq yoxdur. Onlar bizimlə işləmək istəsə, danışarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*