F1 mütəxəssisləri: “Şumaxer şişirilmiş sürücüdür”

Formula1 mütəxəssisləri gənc Mik Şumaxerin həddən artıq şişirdildiyini düşünürlər.

F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu keçən il Formula3-də çempion olmuşdu. Lakin bu uğura həmin seriyadakı ikinci mövsümündə imza atmışdı. Bu il Formula2-də debüt edən 20 yaşlı sürücü ilk yarışı Bəhreyndə 8-ci və 6-cı yerləri tutaraq, pis başlanğıc edib.

Sabiq Formula1 sürücüsü Yan Lammers düşünür ki, Mik performans cəhətdən Maks Ferstappen və Şarl Leklerdən zəifdir: “İlk baxışdan adama təsir edən sürücülər var. Lakin bəzi sürücülərin bunu etməsi üçün vaxt lazımdır. Onun Maksdan çox vaxta ehtiyacı var. Maks son 4 ildə çempion kimi sürürdü”.

Hollandiyalı Formula1 mütəxəssisi Olav Mol isə gənc Mikin performansından təsirlənməyib: “Məni təəcübləndirmir. Hələ öyrənməlidir. Ferrari onu sadəcə soyadına görə seçməyib. Düzdür, soyadı ona kömək edir. Amma sadəcə ad bəs eləmir. Əvvəlki seriyalarda onun ortabab sürücü olduğunu gördüm. Ancaq mənim düşüncələrimi səhv çıxarmaq onun əllərindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*